Azərbaycanı “Eurovision-2017”-də Diana Hacıyeva təmsil edəcək

  • By admin
  • 05 Dekabr 2016 13:35

diana-haciyeva

“Eurovision-2017″ Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib. İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”in seçim turlarında iştirak edib.

Gununsesi.info