Azərbaycanın 9 boksçusu finala yüksəlib

  • Müəllif: admin
  • 14 İyun 2017 16:32

unnamed (4)
Naxçıvanda təşkil edilən boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, həlledici mərhələyə Azərbaycan millisinin 9 boksçusu vəsiqə qazanıb.

Belə ki,13 çəki dərəcəsində keçiriləcək finallarda Gürcüstan 5, Özbəkistanla Qazaxıstan hərəyə 4, Macarıstan, Ukrayna, Qırğızıstan, həmçinin yarışa son anda qatılan Rusiya hərəyə 1 idmançı ilə təmsil olunacaq.

Yarımfinal mərhələsində məğlub olan boksçular isə bürünc medalla kifayətləniblər. Turnirdə 2 komanda ilə çıxış edən yığmamızın aktivinə artıq 10 belə mükafat yazılıb. Ukrayna və Qazaxıstanın hərəyə 5 idmançısı finala vəsiqə qazana bilməyib. Onlarla yanaşı, Naxçıvandan Qırğızıstanın 3, Özbəkistanın 2 və Gürcüstanın 1 bürünc medalla ayrılacağı da dəqiqləşib.

Qeyd edək ki, turnirdə İran millisinin heç bir boksçusu mükafatçılar sırasına düşə bilməyib.

Anar
Gununsesi.info