
Son aylarda Qarabağ ətrafında baş verən olaylar bir daha münaqişənin həlli ilə bağlı proseslərin təhlükəli bir mərəhələyə qədəm qoymasından xəbər verir. İrəvan və Moskvanın son bir neçə ayda həyata keçirdiyi məkrli planları və bu istiqamətdəki təxribatları bunu deməyə əsas verir. 2017-ci ilin əvvəlindən başlayaraq İrəvan cəbhə xəttində gərginlük yaratmaq üçün müxtəlif təxribat xarakterli hərəkətlərə əl atması haqqında çox danışmaq olar. İrəvanın dəstəyi ilə separatçı rejimdə “referendum” keçirilməsi, xarici ölkə parlamentlərinin deputatlarının və digər şəxslərin işğal olunmuş ərazilərə turlarını təşkil etmək, həmçinin işğal olunmuş ərazilərdə “OSA” zenit-raket kompleksini yerləşdirməsi, Xocalı hava limanından Şuşaya turistik uçuşlar təşkil etmək niyyəti, qoşunların təmas xəttində gərginliyi artırması kimi müxtəlif tipli planları ilə Azərbaycanı hər vəchlə bu təxribatlara cəlb etmək istəyir.
Bu tip təxribatlardan biri də son günlərdə postsovet məkanında öz şovinist düşüncəsi ilə ad çıxaran rusiyalı yazıçı, “Druqaya Rossiya” (Başqa Rusiya) Partiyasının sədri Eduard Limonovun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərini misal çəkmək olar. Adıçəkilən şəxsin Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi bir yana, onun bu torpaqlarda səsləndirdiyi ifadələr daha ciddi planlardan xəbər verir. Onun Qarabağın Rusiyanın tərkibinə birləşdirilməsi haqqında səsləndirdiyi ifadə, münaqişənin danışıqlar yolu ilə həllində vasitəçilik missiyası ilə məşğul olan bir ölkənin barışdırıcı missiyasına zidd olmaqla yanaşı, bu missiyaya hörmətsizliyin ifadəsidir. Bu hərəkət Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe tutması və həllindəki rolunu şübhə altına alır. Əksinə bu fikirlər Rusiyanın təkcə Qarabağ münaqişəsində deyil, həmçinin dünyanın digər bölgələrindəki münaqişələrin həllində Moskvanın ünvanına destruktiv fəaliyyəti istiqamətində səsələndirənmövqenin möhkəmləndirilməsinə xidmət edir.
Tanınmış rusiyalı yazıçı və siyasətçinin belə fikri dilə gətirməsi, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaş ölkə olmağımız barədə Rusiya rəsmiləri tərəfindən səslənən bəyantları kölgə alıtna alır və onların səmimiliyinə şübhə toxumu səpir.
Onu da demək yerinə düşərdi ki, artıq belə ifadələr təkcə Eduard Limonov tərəfindən deyil, Rusiyanın tanınmış siyasiləri, digər şəxslərinin dilindən mütəmadi olaraq gündəmə gətirilib.
Bundan öncə 2015-ci ildə rusiyalı siyasətçi, iş adamı German Sterliqovun Qarabağa müvəqqəti köçü və verdiyi açıqlamaları yada salmaq yetər. G.Sterliqov da 2015-ci ildə Qarabağda olarkən sələfi Eduard Limonovun səsləndirdiyi ifadələrə yaxın bir fikir bildirmişdi. Bundan öncə bir sıra rusiyalı siyasilər, politoloq və ekspertlərdən də belə fikirlər səsələndirib.
Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı daha çox fikirlərə Valdimir Jirnovskinin dilindən eşidilib. Jirnovski Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı firkilərini sonuncu dəfə 2014-cü ilin aprelin ilk günlərdində səsləndirib. O zaman Jirnovski Qarabağın Rusiyaya birləşdirilməsi ilə yanaşı Moldovadakı Dnestryanı ərazilərinin Rusiyaya birləşdirilməsi və ya müstəqil bir subyekt kimi tanınması barədə bəyanatlar verib. Eduard Limonovun Dağlıq Qarabağdakı erməni məktəblərində Rusiya gerbinin, rus yazıçılarının portretlərinin asıldığını söyləməsi, ölkəsinə xitabən Qarabağı öz tərkibinə qatmağa çağırması Azərbaycanı bir daha ciddi düşünməyə vadar etməlidir. Hesab edirəm ki, belə fikirlər heç də təsadüfən ortaya atılmır. Belə fikirləri ortaya atmaqla bu fikrin tədricən insanların altşüuruna yerləşdirilməsi niyyəti daşıyır. Və günün birində aktullaşdırılır və məkrli planların reallaşdırlması üçün istifadə edilir. Çünki Eduard Limonov Rusiyada imperiyadüşüncəli qüvvələr tərəfindən dəstəkləndiyi heç kimdə şübhə yoxdur. Bu qüvvələr ən azından Rusiyanın yenidən SSRİ-ni bərpa etmək niyyəti ortadadır. O baxımdan da adıçəkilən qüvvələrin Azərbaycanla bağlı münasibətlərində hər zaman mənfi çalarlar hamımıza bəllidir və onlar da yeri düşdükcə Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıblar. Eduard Limonova gəldikdə isə bu şəxsin 2014-cü ildən etibarən Ukrayna-Rusiya münaqişəsi fonunda Ukraynanın və Şimali Qazaxstanın bir sıra şəhrələrinin Rusiya birləşdirilməsi ideyası ilə davamlı çıxışlar etməkdədir.
İndi isə Edurard Limonovun Qarabağda peyda olması və bu coğrafi ərazinin Rusiyaya birləşdirilməsi ilə bağlı səsləndirdiyi fikri, təkcə onun şəxsi fikri kimi dəyərləndirmək düz olmazdı. Bunu eyni zamanda Moskvanın bir mesajı kimi də dəyərləndirmək lazımdır. Çünki Moskvanın 2014-cü ildə qəbul etdiyi strateji doktrinasında Cənubi Qafqazın da Rusiyanın siyasi təsir dairəsinə salınması və bölgədə nəzarəti təmin etməsi öz əksini tapıb.
Moskvanın bu adamı vasitəsi ilə belə bir beynəlxalq hüquq normalarına zidd fikirlər səsləndirməsi təkcə Azərbaycana yox, eyni zamanda İrəvana da ciddi mesaj kimi dəyərləndirmək olar. Bu yolla Moskva həm İrəvana, həmdə Bakıya mesaj verərək, öz niyyətini tərəflərə çatdırır. Moskva bu mesajı ilə əslində Qarabağ münaqişəsinin həllində yox, münaqişəin bu formada saxlanılaraq uzadılmasında maraqlı olduğunu göstərir. Çünki Moskva yaxşı anlayır ki, belə bir addım onun üçün necə baha başa gələ bilər.
İndiki şəratidə Rusiyanın belə bir planı həyata keçriməsi nə dərəcədə realdır. Bu o qədər də real görünmür. Çünki bu planın reallaşamsına qarşı çıxan təkcə Azərbaycan yox, eyni zamanda İrəvan da çıxacaq.
Burada digər əsas məqamlardan biri də Rusiyanın üzləşdiyi beynəlxlaq sanksiyalar və özünün çöküş dövrünü yaşamasıdır. Belə olan məqamda amerikalı strateq Zbiqnev Bjezinskinin bu yaxınlarda ölüməncəsi verdiyi bir açıqlama yada düşür: “Rusiya hətta özünün çöküşü zamanı da Azərbaycan və Ermənistan üçün təhlükə kəsb edəcək. O zaman Ermənistandakı hərbi baza göz qırpımında təhlükəyə çevriləcək”. Amerikalı strateqin bu fikrini qəribçiləyə salmadan, ayıq olmaq və gözlənilən potensila təhlükəyə qarşı gücümüzü səfərbər etməliyik. Çünki Rusiya öz ömrünü uzatmaq və mövqeyini möhkəmləndirmək üçün istənilən variantlara əl atması qaçılmazdır. Hətta müəyyən mərhələdə radikal dini qruplaşmalrdan və ölkənin müxtəlif bölgələrində separatçılıq meyllərini gücləndirə bilər.
Z.Bjezinski açıqlamasında bölgənin açar ölkəsinin Azərbaycanın və Rusiyanın da bunun fərqində olduğunu bildirməsi, bizə onu deməyə əsas verir ki, Moskva Azərbaycanı öz təsir dairəsinə salmaq üçün istənilən addıma gedə bilər. Kreml niyyətinə nail olmaq üçün həm Rusiyada yaşayan soydaşlarımızdan, həm də Ermənistandan bir təzyiq vasitəsi kimi istifadə edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi, İrəvan vasitəsi ilə həyata keçirilən təzyiq və təhdidlər bunun bariz göstəricisidir. Ancaq hesab edirəm ki, Azərbaycan rəsmiləri də Moskvanın bu məkrli planlarında xəbərdardır və onu bu planlarını zərərsizləşdirmək istiqamətində preventiv addımlar atırlar. Əgər belə olmasaydı, Bakı Moskvanın bu təzyiq və təhdidlərinə sinə gərə bilməzdi. Ona görə də Azərbaycan bu dirəniş siyasətini davam etdirməklə yanaşı, preventiv tədbirlərini daha da gücləndirməlidir. Bu işdə beynəlxalq dəstəyi qazanmaq istiqamətində diplomatik səylərini artırmalıdır.
Son olaraq onu demək olar ki, Limonovun limon kimi bu turş sərsəmləmələri nəinki Azərbaycan-Rusiya münasibətlərinə, eyni zamanda Rusiyanın milli maraqlarına uyğun olmayan turş fikirlərdir. Çünki Limonov kimlərin belə turş açıqlamaları Rusiyanın beynəlxalq aləmdəki imicinə zərbə vurmaqla yanaşı, onun etibarsız və qeyri-səmimi, işğalçılıq, imperiya ambisiyasından geri çəkilməyən obrazını formalaşdırmağa xidmət edir. Nə qədər ki, Rusiya bu imperiya düşüncəsindən uzaq olmayacaq, o vaxtadək heç bir dövlət onun səmimiyyətinə inanmayacaq. İmperiya düşüncəsindən qurtulamamq isə Rusiyanın sonda çöküşünə gətirib çıxaracaq. Hal-hazırda Rusiya bu çöküşə doğru gedir… Və fikrimi Z.Bjezinskinin fikri ilə tamamlayıram: “10-15 il sonra siz Rusiyanı tanımayacaqsınız! 10-15 il sonra Rusiya öz problemləri içində boğulan, xarici siyasətlə məşğul olmaq həvəsindən məhrum, ələlxüsus da Avrasiya inteqrasiya planlarına həvəsini itirmiş bir ölkə kimi olacaq. Bizim vəzifəmiz də odur ki, Moskva öz ərazisində olan problemlərin həlli ilə məşğul olsun və ondan ötrü xarici siyasət, xüsusən də yaxın qonşulara münasibətdə siyasət ikinci və üçüncü dərəcəli olsun”.
Biz bunu istəməzdik. Bizim meriban və səmimi qonşu ölkə kimi yaşamaq niyyətimiz ortadadır. Əgər Rusiya öz çöküş yolunu seçirsə, biz onun daxili işinə qarışa bimərik. Artıq bu onun öz seçimidir.
Mürtəza Bünyadlı
Gununsesi.info










