Azərbaycanın “Doing Business”də yeri pisləşdi

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 15:20

artim-stats

Dünya Bank “Doing business-2016 üzrəhesabatıaçıqlayıb.

Gununsesi.info hesabata istinadən xəbər verir ki, Azərbaycan  2017-ci ildə 4 pillə geriləyərək 65-ci yerdə qərar tutub.

Hesabatda fərqli indikatorlar var, Azərbaycanın ən yaxşı göstəricisi müəssisələrin qeydiyyatı indikatoru, ən pis göstərici isə “tikintiyə icazə” indikatorudur. Beləliklə,  “Biznezə başlamaq”  üzrə indekatora görə 5-ci , “tikintiyə icazə”yə görə 127-ci yer, elektron çıxışa görə 105-ci,  “Əmlakın qeydiyyatdan keçirilməsi”nə görə 22-ci yerdə qərarlaşıb.

Ən böyük geriləmə “kredit əldə etmək” indekatorunda müşahidə edilir. Bu indekator üzrə 9 pillə geriləyərək 118-ci pillədə qərar alıb. “Kiçik səhmdarların müdafiəsi”nə görə 32-ci, “Vergi ödənişlərinə” görə 40-ci,  gömrükdən keçirməyə görə 83-cü,  “Müqavilələrin icrası”na görə isə 44-cü pillədə yeralıb.

Ümumilikdə, 10 indikator üzrə qiymətləndirmənin nəticələrinə əsasən,  bunun 7-də keçən ilə nisbətən geriləmə olub, 1 indikator dəyişməyib, 2-sində isə nisbəsət irəliləmə var.

 

Vüsalə Rüstəmova

Gununsesi.info