Masallıda evlər su altında qalıb

  • Müəllif: admin
  • 26 Oktyabr 2016 15:30

sel

Masallıda sel suları ciddi fəsadlar verib.

Gununsesi.info-ya yerli sakinlərin verdiyi məlumata görə,  intensiv yağıntılar nəticəsində rauonun ayrı-ayrı yaşayış məntəqələrində subasmalar qeydə alınıb. Belə ki,   rayonun Böyük Təklə kəndində tikililər su altında qalıb. Kənddə 50-yə yaxın fərdi ev sel sularının yaratdığı problemlərdən sıradan çıxıb.  Sel suları evlərin zirzəmilərinə dolmaqla yanaşı, əkin sahələrinə də ciddi ziyan vurub.  Təsərrüfatlar və ev heyvanlarından itki var. Yüzlərlə toyuq-cücə  tələf olub.

Qeyd edək ki, bu cür təbii fəlakət Masallıda artıq ikinci ildir ki,  analoji problemlər yaradır.
Xatırladaq ki, hazırda respublikanın dağlıq və dağətəyi zonalarında  qeyri-sabit hava şəraiti hökm sürür.

Gülnaz Qənbərli

Gununsesi.info