Azərbaycanın nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının konfransında iştirak edir

  • Müəllif: admin
  • 16 Noyabr 2017 10:02

Almaniyanın Bonn şəhərində  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə noyabrın 13-də işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreş, Ficinin baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının  23-cü Tərəflər Konfransı noyabrın 17-dək davam edəcək.

Gununsesi.info