Azərbaycanın Şimal-Qərb bölgəsində yerləşən Qax rayonuna ilk qar yağıb.
Gununsesi.info-nun Şimal-Qərb bürosu xəbər verir ki, qar Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Qax rayonunun İlisu kəndinə yaxın yüksək dağ zirvələrinə yağıb.
Qarın düşdüyü zirvə dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşir.
Rayona qarın yağması nəticəsində havanın temperaturu da aşağı düşüb.
Gununsesi.info












