Azərbaycanla BƏƏ arasında yeni sənədlər imzalandı

  • By admin
  • 15 Mart 2022 13:02

Bu gün Bakıda Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 4 sənəd imzalanıb.

Gununsesi.info-nun məlumatına görə, imzalanan sənədlər aşağıdakılardır:

1.Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu. Sənədi energetika nazirinin müavini Samir Vəliyev və Masdar idarə heyətinin sədri Mohammad Jameel Al Ramahi imzalayıblar.

2.Bərpa olunan enerji və enerji səmərələliyi sahəsində Anlaşma Memorandumu. Sənədi ADY QSC-nin sədr müavini Hicran Valehov və Masdar idarə heyətinin sədri Mohammad Jameel Al Ramahi imzalayıblar.

3. Bərk məişət tullantılarından enerji istehsalı sahəsində Anlaşma Memorandumu. Sənədi Azərbaycan İnvestisiya şirkətinin icraçı direktoru Ülvi Mansurov və Masdar idarə heyətinin sədri Mohammad Jameel Al Ramahi imzalayıblar.

4. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu. Sənədi Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev və Masdar idarə heyətinin sədri Mohammad Jameel Al Ramahi imzalayıblar.

Gununsesi.info