Azərbaycanlı İŞİD-çiyə hökm oxunub

  • By admin
  • 12 Oktyabr 2016 17:21

1423748609_mehkeme-2

Oktyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə  Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, prosesdə hakim Azər Orucov  hökmü elan edib.

Hökmə əsasən, Z. Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Zöhrab Məmmədov Suriya ərazisindəki “Mühacir Ansar” silahlı birləşməsinin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıb.

Gülnaz Qənbərli

Gununsesi.info