Azərbaycanlı müğənni Kanadada konsert verdi - FOTO

  • By admin
  • 25 Oktyabr 2016 11:15

zurifcu

Əməkdar Artist, tanınmış müğənni Yaqub Zurufçu Latın Amerikası ölkələrinə qastrol səfəri çərçivəsində Kanadanın ən böyük şəhərlərindən olan Torontoda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Gununsesi.info xəbər verir ki, iki aylıq qastrol səfəri çərçivəsində konsert verən müğənni repertuarına yalnız Azərbaycan mahnılarını əlavə edib. Azərbaycanın Kanadadakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi konsertdə müğənni repertuarında möhtəşəm səslənən “Ayrılıq” mahnısını tamaşaçıların xahişi ilə növbəti dəfə ifa edib.

Müğənninin ABŞ-ın Los-Anceles, San-Fransisko və San-Dieqoda nəzərdə tutulan konsertlərində soydaşlarımızla yanaşı, bu şəhərlərdə yaşayan tanınmış musiqiçilər də iştirak edəcək.

Gununsesi.info