Azərbaycanlı “qanuni oğru”dan olduqca səmimi FOTOLAR: Öpüşərkən görüntüləndi

  • By admin
  • 18 İyun 2018 12:09

 

Bu yaxınlarda Rusiyada həbs edilən azərbaycanlı “qanuni oğru” Hacı Beyləqanskinin maraqlı fotoları yayılıb.

Cebhe.info xəbər verir ki, fotolarda “qanuni oğru” bir xanımla və azyaşlı uşaqla görüntülənib.

Hətta fotolardan birində “qanuni oğru” ictimai yerdə yanındakı xanımla olduqca səmimi şəkildə, öpüşərkən görüntülənib.

Xatırladaq ki, Talıbxanlı Hacıbaba Tahir oğlu kriminal aləmdə Hacı Beyləqanski kimi tanınır. O, 1982-ci ildə 29 martda Beyləqanda anadan olub.

Cinayət aləmində “Hacı Beyləqanski” ləqəbilə tanınan “qanuni oğru” 2012-ci ildə kriminal avtoritet İlqar Əliyevi qətlə yetirməkdə təqsirli bilinərək saxlanılıb. Onun barəsində Rusiya qanunverciliyinin müvafiq maddələri ilə cinayət işi açılıb, həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İlqar Əliyev “Ded Xasan” ləqəbli kriminal “general” Aslan Usoyanın komandasında yer alıb. “Ded Xasan”ın azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəransinin klanı tərəfindən öldürüldüyü iddia edilib.