Azərbaycanlı şagirdlərdən növbəti uğur

  • Müəllif: admin
  • 29 İyun 2017 15:12

05

İyunun 24-dən 29-dək Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, olimpiadada Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Fransa, Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri iştirak edib. Azərbaycan bu elm yarışında 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə təmsil olunub.

“İstək” liseyinin 9-cu sinif şagirdi Ramil Cəbiyev olimpiadanın gümüş, həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdləri Ramiz Vəliyev, Murad Ağayev, həmçinin Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov olimpiadanın bürünc medalına layiq görülüblər.

Anar

Gununsesi.info