Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, külli miqdarda dələduzluqda təsirləndirilən vəkil Ramiz Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Bununla bağlı Samara Məhkəməsi qərar çıxardıb.
Məhkəmə istintaqı zamanı bəlli olub ki, Ramiz Məmmədov müdafiə etdiyi şəxsin həyat yoldaşından 1 milyon 500 min rubl (təxminən 43 min manat) pul alaraq, ərini həbsdən azad edəcəyi barədə vəd verib. Lakin azərbaycanlı vəkil verdiyi vədə əməl etməyib.
Qadının şikayəti əsasında o saxlanılıb. Rusiya qanunvericiliyinin müvafiq maddəsi ilə ona ittiham irəli sürülüb.
Gununsesi.info












