Azərbaycanlı zəvvarlar sabah Həccə gedirlər

  • By admin
  • 01 Sentyabr 2016 12:35

hac

Azərbaycandan Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedəcək olan zəvvarlar sentyabrın 2-dən etibarən yola düşəcək.

Gununsesi.info report.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin Rəhimə Dadaşova məlumat verib.

Zəvvarlar ziyarətə hər gün iki reys olmaqla təyyarə ilə gedəcəklər. Hər gün ziyarətə 350 zəvvar yola salınacaq.

Zəvvarların ilk qafiləsi sentyabrın 2-də saat 08:00-da, ikincisi isə axşam 18:30-da yola düşəcək.

Qalan zəvvarlar sentyabrın 3-ü və 4-ü tarixlərində eyni saatlarda ziyarətə yollanacaq.

Qeyd edək ki, bi il Azərbaycandan Həcc ziyarətinə 1050 nəfər zəvvar gedəcək.

Gununsesi.info