“Azəriqaz” Göygöldə sahibkarlarla görüşəcək

  • By admin
  • 10 May 2022 11:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Göygöl rayonunda təşkil olunacaq.

Gununsesi.info-nun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Göygöl şəhəri, Hummel küçəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info