“Azəriqaz” qazın tərkibi ilə bağlı iradlarda SOCAR-ı günahlandırdı

  • By admin
  • 15 Mart 2017 15:46

azeriqaz

“Xırdalanda 5 nəfərin vəfat etdiyi hadisənin araşdırması gedir”.

Gununsesi.info
xəbər verir ki, bunu modern.az-a  Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. O, hazırda hadisə ilə bağlı danışmağın tez olduğunu bildirib.

“Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.

İbrahim Kərbalayev deyib ki, hadisənin dəm qazından baş verdiyini bəribaşdan söyləməyə tələsmək lazım deyil.

Martın 15-də Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 qızın meyiti tapılıb. Onların dəm qazından boğularaq öldüyü güman olunur.

Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

Onlar Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Mələk Abbasova və Turanə  Xalıyeva Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbələridir.

Faktla bağlı araşdırma aparılır.