“Azərişığ”ın əməkdaşı öldü, cinayət işi açıldı

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, fevralın 13-də “Azərişıq” ASC-nin Ağstafa Elektrik Şəbəkəsinin əməkdaşı Sarif Əmirov elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanıb.

Gununsesi.info