“Azərişıq” işçi axtarır - ELAN

  • By admin
  • 17 Aprel 2018 17:40

“Azərişıq”ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala, Salyan və Kürdəmir Elektrik şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edib.

Qurumdan Gununsesi.info-ya verilən məlumata görə, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır.

İşə qəbul Səhmdar Cəmiyyətin “İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcəkdir. Sənədlər 2018-ci il aprel ayının 20 tarixinə kimi İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala və Salyan Elektrik şəbəkələrinin inzibati binalarında və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaqdır.

Tələb olunan sənədlər:

Fotoşəkilli anket forması (CV);

Şəxsiyyəti təsdiq edən sənədin surəti;

Təhsil haqqında sənədin surəti.

Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32)

E-mail: info@azerishiq.az

Gununsesi.info