“Azərişıq”: Daşkəsəndə fəaliyyəti dayanmış 3 elektrik xəttindən 2-nin işi bərpa edilib

  • By admin
  • 25 İyun 2018 10:26

Səhmdar Cəmiyyətin əməkdaşları leysan yağışlarının nəticələrini aradan qaldırırlar“Bu gecə Daşkəsəndəki leysan yağışları nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təmin edən 3 əsas xətdə problem yaranıb”.

Gununsesi.info “Report”a istinadən bildirir ki, bunun açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, artıq xətlərdən 2-nin fəaliyyəti bərpa edilib.

“Rayonun elektrik enerjisi infrastrukturuna ziyan dəyib. Enerjisi verilişində əsas problemlər Daşkəsənin çayqırağı kəndlərində qeydə alınıb. Əməkdaşlarımız və texnika gecədən etibarən hadisə yerinə göndərilib. Onların səyi nəticəsində fəaliyyəti dayanmış 3 elektrik şəbəkəsindən 2-nin işi bərpa edilib. Əsas ziyan dəymiş kəndlərdən olan Xoşbulaq kəndinə elektrik enerjisinin verilişi 2 saata bərpa olunacaq. Qaraqullar qəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır. Təbii fəlakət nəticəsində həmin kəndə gedən yollar bağlandığı üçün mal və texnikamızı əraziyə apara bilməmişik”, – o deyib.

“Azərişıq” sözçüsü onu da qeyd edib ki, təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yeni dayaqlar gətirilib.