Kür çayında batan azyaşlının meyiti tapılaraq sudan çıxarılıb

  • Müəllif: admin
  • 25 İyun 2018 10:08

Image result for Kür çayında batan

Kür çayının Zərdab rayonundan keçən hissəsində batan uşağın meyiti tapılıb.

Zərdabın Bıçaqçı kəndində çayda batan azyaşlı Kənan Səmədovun axtarışları yekunlaşıb.

Onun meyiti batdığı ehtimal olunan yerdən, təxminən, 20 metr aralıda suyun üzünə çıxıb. Ərazidə olan nəzarətçılərin köməyi ilə meyit sahilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.