Türkiyənin məşhur futbolçusu millət vəkili seçilib

  • By admin
  • 25 İyun 2018 10:06

Türkiyədə keçirilən parlament seçkilərində Böyük Millət Məclisinin üzvü seçilənlər arasında ölkənin tanınmış idmançıları da var.

Türkiyənin məşhur futbolçusu, ölkə millisinin sabiq üzvü Alpay Özalan və motosikletçi Kenan Sofuoğlu millət vəkili seçiliblər.

A.Özalanın və K.Sofuoğlunun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Keçmiş futbolçu İzmirdən millət vəkili seçilib. K.Sofuoğlu isə Böyük Millət Məclisində Sakaryanı təmsil edəcək.

 

Gununsesi.info