“Azərişıq”a dövlət büdcəsindən ayrılan vəsait 4 dəfə artırılıb

  • By admin
  • 03 İyul 2017 20:35

41189c62-8002-4b08-8660-9c3695bdd5a9_292
“Azərişıq” ASC üzrə “Paylayıcı Şəbəkələrin Yenidən Qurulması İnvestisiya Proqramı – Layihə 1″də Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi məqsədi ilə 59,0 mln. manat nəzərdə tutulub.
“Report” bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanunda dəyişikliklər edilməsi barədə layihəyə Palatanın verdiyi rəyinə istinadən bildirir.

Qeyd edək ki, bu, təsdiq edilmiş göstəricidən 44 mln. manat və ya 3,9 dəfə, 2016-cı ilin faktiki icra göstəricisindən 37,1 mln. manat və ya 2,7 dəfə çoxdur.
Xatırladaq ki, ““Paylayıcı Şəbəkələrin Yenidən Qurulması İnvestisiya Proqramı” Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdirilir.

Gununsesi.info