“Azərkosmos” iki ayda 2.3 milyon dollar gəlir əldə edib

  • By admin
  • 06 Aprel 2018 15:38

Göstərilib ki, 2018-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib.

Gununsesi.info bunu “İxrac icmalı” jurnalına istinadən xəbər verir.

Jurnalda bildirilir ki, cari ilin ilk 2 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 2,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79 faizini təşkil edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar-fevral aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

Vüsalə

Gununsesi.info