Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olundu.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu,az-a bildirib ki, qurğularda suyun emalna, paralel olaraq magistral kəmərlərin su ilə doldurulmasına başlanılıb. Mərhələli şəkildə aparılan işlərin nəticəsi olaraq tam rejim sabah səhər satlarında mümkün olacaq.
Oğuz-Qəbələ-Bakı su kəmərini qidalandıran quyulara isə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.
20.25
Bakı və ölkənin elektrik enerjisi təchizatında yenidən problemin yaranması səbəbindən əhalini içməli su ilə təmin edə bilmirik.
Bu barədə “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, Kür və Ceyranbatan sutəmizləyici qurğularında suyun emalı dayanıb.












