Azərsu abonentlərə müraciət etdi

  • By admin
  • 28 İyun 2016 16:49

????????????????????????????????????

 

Azərsu” ASC nəzarətçilərin artıq borc yazmasından şikayətçi olan abonentlərə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya bildirilib, nəzarətçilərin yoxlaya bilmədiyi ünvanlara artıq məbləğdə hesab və ya cərimə yazılmır: “Bu cərimə kimi yazılan məbləğ deyil. Bir çox abonetlər uzun müddət su borcunu ödəmir. Bəziləri isə aylarla yaşadığı ünvanda olmur. Bu cür evlərin sayğaclarına baxış keçirmək mümkün olmadığı üçün nəzarətçilərimiz məcburi abonentə əvvəlki aylarda işlətdikləri zaman  suyun sərfiyyatı hansı həcmdə olubsa, ona uyğun hesablanır”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri mənzildə yaşamadığı halda “Azərsu” tərəfindən böyük məbləğdə borc yazıldığı ilə bağlı məlumatlar paylaşıblar.

ASC-dən bildirilib ki, qəbzdə verilən sərfiyyat əvvəlki aylarda işlədilən suyun orta göstəricisi olur: “Nəzarətçilər sayğaca baxış keçirdikdən sonra isə sərfiyyat məbləğində dürüstləşmə aparılır. Bu zaman abonent yalnız sayğacda göstərilən su sərfiyyatından yaranan borcu ödəyir. Bəzən abonnetlər bu işə məsuliyyətsiz yanaşır. Onlara təqdim edilən qəbzlərdə ərazi üzrə “Azərsu” nəzarətçisinin əlaqə nömrəsi olur. Abonentlər işdə və ya hardasa səfərdə olduqları halda ərazi üzrə nəzarətçiyə evdə olmadıqlarını, sayğacın sərfiyyatını sms vasitəsilə göndərə bilərlər. Bu zaman nə nəzarətçilər, nə də abonentlər pis vəziyyətdə qalmırlar”.

 

Gununsesi.info