“Azərsu” ASC-yə əlavə səlahiyyət verildi

  • By admin
  • 27 Dekabr 2017 10:14

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vəzifələri artırılıb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada respublika, su hövzələri və inzibati-ərazi vahidləri üzrə su təsərrüfatı balanslarını tərtib etmək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vəzifələri sırasına daxil edilib.

Gununsesi.info