Bu gün axşam saatlarından Bakının su ala bilməyən əksər hissəsinə su veriləcək.
Bu barədə Trend-ə özəl açıqlamasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
A.Cəbrayıllının sözlərinə görə, əhalinin fasiləsiz su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir:
A.Cəbrayıllı bildirib ki, bu gün Zabrat qəsəbəsinin bir hissəsinə, Saray qəsəbəsinin bir hissəsinə, Hövsanın qəsəbə ərazisinə su verilib, ancaq kənd Hövsan ərazisi su ilə təmin edilməyib.
Qurum rəsmisinin sözlərinə görə, axşam saatlarında kənd Hövsan da su ilə təmin olunacaq: “Suraxanının Qum adası, Zığ qəsəbəsində də problemlər var. Həmin ərazini bu gün su ilə təmin etməyə çalışacağıq. Zabrat, Sabunçu, Əmircan, Bülbülə və Saray qəsəbəsinin də qalan hissəsi su ilə təmin olunacaq”.













