
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) yaxın zamanlarda Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində Azad İqtisadi Zona yaratmaq niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov 7-ci Xəzər Avia Yük Daşımaları Sammitində çıxışı zamanı deyib.
C.Əsgərov əlavə edib: “Bu layihənin icrası üçün qanunvericilik bazası artıq təsdiq edilib. Onun icrası ilə bağlı tədbirlər planı hazırlanmaqdadır”.
Gununsesi.info












