Gununsesi.info “Modern.az”a istinadən xəbər verir ki, bu barədə “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib.

Məlumatda bildirilib ki, ödəniş miqdarı 2014-cü və 2015-ci illərə nisbətən, müvafiq olaraq 14 mln. 252,2 min manat və ya 97,8% artıb və 3 mln. 66,9 min manat və ya 9,6% azalıb.

Hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 11 mln. 344,2 (99,9%) min manat azalaraq 14,5 min manat, artıq ödəmənin həcmi isə 9 mln. 952,5 min manat artaraq 9 mln. 953,7 min manat təşkil edib.

Gununsesi.info