Azarkeşi döyən futbolçu Katalin Tira "Neftçi"-dən qovulacaq

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 23:25

idman-2

Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçından sonra meydan sahiblərinin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib.

Gununsesi.info “Qafqazinfo”-ya isyinadən xəbər verir ki, konfrans daha çox “dəyirmi masa”nı xatırladıb. Elxan Abdullayev konfransda azarkeşi döyən futbolçu Katalin Tirayla bağlı sualı cavablandırıb və onun komandadan qovulacağını bildirib.

Həmin açıqlamaları təqdim edirik:

– Bu gün Azərbaycanın ən güclü komandasına qarşı oynayırdıq. Bu üzdən də müdafiə taktikası seçmişdik. Taktika özünü doğrultdu. İlk qol uzaq məsafədən vurdu. İkinci top isə matçın sonunda avtoqoldan daxil oldu.

– Katalin Tira rəqib qapısına qol vurmaq əvəzinə, azarkeşi vurdu…

– Onu komandadan qovacağıq. “Neftçi” “fair-play”ə həmişə riayət edib. Bəli, azarkeş də meydana daxil olmalı deyildi. Ancaq bu, heç bir futbolçuya ixtiyar vermir ki, azarkeşi vursun.

– İkinci hücumçunu yalnız 87-ci dəqiqədə buraxdınız. Nəyi gözləyirdiniz?

– Hesab 1:0 idi. İstənilən qol oyunda dönüş yarada bilərdi.

– “Neftçi”ni qəbul etdiyiniz vaxtla indiki arasında fərq var?

– Əlbəttə! “İnter”lə oyunda futbolçuları qıcolma tuturdu. Bu gün 90 dəqiqə mübarizə apardılar. Mən sehrbaz deyiləm. Gələn gündən demişəm ki, səbr eləyin. Heç olmasa, qışa qədər gözləmək lazımdı.

– “Neftçi”nin hədəfini açıqlaya bilərsiniz?

– Qışa qədər əsas rəqiblərimizin bizdən çox uzaqlaşmamasını istəyirik. Qışdan sonra fərqli “Neftçi”görəcəksiniz. Mən millidə işlədiyim dövr, “Neftçi” rəhbərliyi AFFA-ya müraciət etdi. Mən də burda komandanı pis vəziyyətdən çıxarmaq istəyirəm.

– Dünya praktikasında milli və klubda eyni vaxtda uğurla işləyən mütəxəssis tanıyırsınız?

– Valeri Lobanovski nümunəsi. Elə Aleksandr Starkov da müsbət nəticələrlə yadda qalıb. İndi“Neftçi” quyudadı. Bu quyudan çıxmaq lazımdı. “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 6-cı ilində çempion oldu. Zamana ehtiyac var. Uşaq da anadan olanda ət yemir, süd içir.

Gununsesi.info