Tovuzda ağır qəza- 3 yaralı

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 23:39

m

 

Tovuzda yağmurlu hava yol-nəqliyyat hadisəsinə səbəb olub. Qəza axşam saatlarında rayonunun girişində, Qala kompleksinin yaxınlığında baş verib. VAZ-2109 və VAZ-2104-ün toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

ARB Kəpəz xəbər verir ki, yüngül xəsarət alan sürücülərə Təcili Tibbi Yardım briqadası tərəfindən yerində yardım göstərilib. VAZ-2109-un sərnişini 33 yaşlı Xəyal Poladov isə Tovuz Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətlədirirlər.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşıdırma aparılır.

 

Gununsesi.info