Azay Quliyevin başçılıq etdiyi missiya Monteneqroda seçkiləri izləyəcək

  • By admin
  • 13 Oktyabr 2016 23:22

azayyy

 

Oktyabrın 16-da Monteneqroda parlament seçkiləri keçiriləcək. ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçkiləri müşahidə missiyasının rəhbəri kimi bu ölkədə səfərdədir. O, oktyabrın 17-də Parlament Assambleyasının seçki ilə bağlı ilkin rəyini mətbuata açıqlayacaq.

Monteneqronun Prezidenti Filip Vuyanoviç Podqoriça şəhərində ATƏT PA-nın bu ölkədə keçiriləcək parlament seçkilərinin müşahidə missiyasının rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və ATƏT-in xüsusi əlaqələndiricisi Marqareta Sederfeltlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident Vuyanoviç Administrasiyasının mətbuat xidməti və rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüşdə Prezident Vuyanoviç ATƏT PA rəsmilərini Monteneqroda seçkilərin azad, ədalətli və demokratik standartlara cavab verən səviyyədə keçiriləcəyinə əmin edib. Prezident Vuyanoviç bildirib ki, beynəlxalq müşahidəçilərin, ATƏT PA rəsmilərinin və müşahidə missiyasının, habelə yerli müşahidəçilərin iştirakından məmnundur və xüsusilə missiyanın fəaliyyətinə böyük dəyər verir.

Missiyanın əsas məqsədinin mövcud mandat çərçivəsində fəaliyyət göstərməkdən ibarət olduğunu deyən ATƏT PA-nın təmsilçiləri seçkidə iştirak edən tərəflərin xoş və qarşılıqlı hörmətə söykənən münasibət sərgiləyəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Gununsesi.info