Ölkənin lider mobil operatoru Azercell Telecom Novruz bayramı ərəfəsində abunəçilərini sevindirməyə davam edir.
Belə ki, endirim kampaniyası çərçivəsində fakturasız xətt abunəçiləri bu gün, mart ayının 10-u, çərşənbə axşamı “Aylıq 30 GB” internet paketinə qoşularkən 20% xüsusi endirimdən yararlanmaq imkanı əldə edir.
Əlavə məlumat üçün
https://www.azercell.com/az/personal/campaigns/monthly/novruz_endirim_yel/
müraciət edin.
Xatırladaq ki, Azercell fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı endirimlərdən yararlanmaq imkanı yaradır. Mobil operator ötən həftələrdə “Sərbəst 15” paketinə 20%, “Limitsiz Gecə” paketinə isə 50% təqdim edib.
Yel çərşənbəsi münasibəti ilə hər birinizi təbrik edirik!
Bayramdan birlikdə zövq alaq!











