İranda İsrail əleyhinə kütləvi nümayişlər

  • Müəllif: admin
  • 08 İyun 2018 13:32

Gununsesi.info xəbər verir ki, “Əl-Qüds” günü”nə həsr olunan aksiya fələstin xalqına dəstək xarakteri daşıyır. Bu barədə IRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, nümayişlər ümumilikdə 900-dan çox şəhərdə keçirilir. Mitinqlərin iştirakçıları İsrail dövlətinin fələstinlilərə qarşı törətdiklərini ittiham edən şüarlar səsləndirirlər.

Məlumat üçün bildirək ki, “Əl-Qüds” günü” İranda 1979-cu ildə təsis edilib. Ramazanın son cümə gününə təsadüf edir. Bu gün ənənəvi olaraq bir sıra ərəb ölkələrində fələstin xalqına dəstək aksiyaları keçirilir.