“Aztelekom” MMC-yə məxsus kabelləri kəsib aparıb

  • Müəllif: admin
  • 24 May 2017 12:20

Aztelekom

Quldurluqda şübhəli bilinən Gəncə şəhər sakini Vüqar Həmzəyev tutulub, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mayın 21-də Gəncə şəhər sakini Rəşad Cəfərlinin 100 manat pulunu, gümüş qolbağısını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Həmzəyev tutulub, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Bundan başqa, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən mayın 22-də “Aztelekom” MMC-yə məxsus kabelin 150 metrlik hissəsini kəsərək oğurlamaqda, digər kabeli isə kəsərək zədələməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Tağıyev saxlanılıb.

Anar

Gununsesi.info