AzTV-dən Teymur Əmraha qoyulan qadağa aradan götürüldü

  • Müəllif: admin
  • 01 Mart 2019 12:11

Arif Alışanovun AzTV-yə sədrliyi dönəmində bəzi sənət adamlarına qoyulan qadağa yeni rəhbərlik tərəfindən götürülüb.

Gununsesi.org-un məlumatına görə, bu sırada tanınmış sənətçi Teymur Əmrahın da adı var.

Artıq mart ayının 3-də Mədəniyyət kanalında müğənniyə geniş efir vaxtı ayrılacaq. Müğənni “Dünya bir nərdivandır” adlı ifası ilə efirdə ilk mahnısını ifa edəcək.

Gununsesi.org