AzTV-nin aparıcısı qarət edilib

  • By admin
  • 10 Oktyabr 2016 13:39

azt

Oktyabrın 9-da  axşam saatlarında jurnalist Aydın Piriyevin Yasamal rayonunda yerləşən mənzili qarət edilib.

Gununsesi.info-nun xəbərinə görə, zərərçəkən AzTV-nin əməkdaşıdır.  Onun  sözlərinə görə, oğru və ya oğrular onun mənzilinə pəncərəni sındırıraq daxil olublar. Mənzildən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlanıb.

A.Piriyev faktla bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edib.  Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Piriyev AzTV-də “Parlaq Zəka” verilişinin aparıcısı və layihə rəhbəridir.

Gülnaz Qənbərli

Gununsesi.info