Azyaşlı bacı-qardaş xəstəxanalıq oldu

  • Müəllif: admin
  • 04 Dekabr 2016 14:19

66d750f44b8cc9aaf06bd4a50705347b

 

Bu gün Hacıqabulda azyaşlı bacı və qardaş dəm qazından zəhərlənib.Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, 2007-ci il təvəllüdlü Rzayeva Türkan Elnur qızı və 2009-cu il Rzayev Elmir Elnur oğlu Hacıqabul şəhərində evlərində dəm qazından zəhərlənib.

Bacı və qardaş Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Gununsesi.info