Bəzi məhsullar Ermənistandan Azərbaycana necə keçir? - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 14 Noyabr 2016 14:10

erzaq

Son günlər bir sıra kütləvi informasiya vasitələrində bəzi qida məhsullarının Ermənistan Respublikasından Azərbaycana gətirilməsi və pərakəndə satışının həyata keçirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Gununsesi.info xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) bu məlumatları təkzib edib: “Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir ticarət əlaqəsi yoxdur və həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil”.
Anar
Gununsesi.info