Bəhruz Bayramov: “Əlimizdə hücumla bağlı video-görüntü var “

  • By admin
  • 18 Avqust 2016 16:10

Behruz

“Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimlinin milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü və həyat yoldaş tərəfindən hücuma məruz qalması ilə bağlı əlimizdə video-görüntü var”.

Bu barədə Gununsesi.info-ya açıqlamasında P.Həşimlinin vəkili Bəhruz Bayramov məlumat verib.

B. Bayramov qeyd edib ki, əllərində video-fakt var, qarşı tərəf isə iddia edir ki, güya P.Həşimli onlara hucum edib.

“Hazırda da 16-cı Polis Bölməsində araşdırmalar davam etdirilir” – deyə, o, vəkil əlavə edib.

 

Gununsesi.info