Bərdə bazarı yandı

  • Müəllif: admin
  • 12 Aprel 2018 09:36

Bərdə rayonunda bazarda yanğın olub.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, yanğın rayonun Alpout kəndi ərazisndə yerləşən “mal bazarında” kafelərdən birində başlayıb. Qısa müddətdə genişlənən yanğın yaxınlıqda yerləşən digər kafeyə keçib. Nəticədə iki kafe tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi və sahibkarlara dəyən ziyan araşdırılır.

Gununsesi.info