Bərdədə silah alverinə görə 2 nəfər tutulub - FOTO

  • By admin
  • 14 Oktyabr 2016 14:57

akm

Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbirləri həyata keçirib və nəticədə odlu silah-sursatın  qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Şikar Məmmədov Bərdə rayonunun ərazisində “Kalaşnikov” markalı silahı, içərisində 42 ədəd patronu olan daraqlarla birlikdə satmaq istəyən zaman saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Məmmədova həmin silah və döyüş sursatlarını satan Laçın rayon sakini Tacir İsgəndərov da tutularaq məsuliyyətə cəlb olunub.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

akm2 akm1

Gununsesi.info