Məhkəmə Bəxtiyar Hacıyev cərimələdi

  • By admin
  • 17 Avqust 2016 17:57

bextiyar

 

Bu gün Yasamal rayon məhkəməsində yol polisi ilə mübahisə etməklə xırda xuliqanlıqda ittiham edilən gənc fəal Bəxtiyar Hacıyevin prosesi üzrə qərar elan olunub.

Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda B.Hacıyev 100 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, B.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.

 

Gununsesi.info