Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edildi

  • By admin
  • 15 Noyabr 2017 17:24

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

İclasda həmçinin MSK-nın 28 iyul tarixli protokolu təsdiq olunub, Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması və nəşr edilməsi barədə qərar verilib.

Daha sonra cari məsələlərə baxılıb.

Gununsesi.info