Babək prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - TƏMİRƏ BAŞLANILIR

  • Müəllif: admin
  • 18 Dekabr 2017 10:30

Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq, bu gündən etibarən (18 dekabr) sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Gununsesi.info-ya “Azəravtoyol” ASC-dən məlumat verilib.

Yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Gununsesi.info