Bağdadda baş verən partlayış nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb

  • By admin
  • 27 İyul 2016 12:06

bagdat

 

Bağdadın şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyindəki mənbə terrorçu-kamikadzenin əş-Şula rayonunda polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında özünü partlatdığını bildirib.

Polisin ilkin hesablamasına görə, terror qurbanları arasında hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı da var. Qeyd edilib ki, ölənlərin sayı arta bilər.

Gununsesi.info