“Qarabağ” səfərdən qolsuz heç-heçə ilə qayıtdı

  • By admin
  • 27 İyul 2016 12:00

cexiya

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Gununsesi.info məlumatına görə, son Azərbaycan çempionu “Qarabağ” növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Çexiyada “Viktoriya”nın qonağı olub.
“Dusan Arena”da keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.

26 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu
22:15. “Viktoriya” (Çexiya) – “Qarabağ” (Azərbaycan) – 0:0
Qırmızı vərəqə:
Yan Baranek, 75 (“Viktoriya”)
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)
Plzen. “Dusan Arena” stadionu

 

Gununsesi.info