Millət vəkilindən “şərhçi”yə: “Arada-sırada dəqiq qiymətləndirmələrinə də rast gəlinir”

  • By admin
  • 27 İyul 2016 11:56

sahib

 

“Naira Ayrumyan deyilən elə də dərin olmayan, qatı Azərbaycan və Türkiyə əleyhdarı bir şərhçi xanım var. Arada-sırada dəqiq qiymətləndirmələrinə də rast gəlinir”.

Gununsesi.info-nun məlumatına görə,bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

“Həmin xanım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan rəhbərliyindkilərlə danışıqlara hazırlaşması haqda açıqlamasını belə şərh edir: “İrəvan öz xarici siyasət qərarları ilə bağlı hüququnu bütünlüklə Moskvaya veribsə, o zaman Çavuşoğlunun Ermənistanla danışıq aparması nəyə gərəkdir, onun elə Lavrovla danışması kifayətdir”- deyə,o, sözlərinə əlavə edib.

Gununsesi.info