“Neftçi” rəqibi ilə bacarmadı

  • By admin
  • 27 İyul 2016 11:50

neftci

 

“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışını davam etdirir.

Gununsesi.info-nun məlumatına görə, əvəzedicilər hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçiriblər. Komanda “Şərurspor” klubu ilə qarşılaşıb. “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş 2:2 hesabı ilə nəticələnib. “Ağ-qaralar”ın heyətində hər iki qolu Ruzigar İbrahimzadə vurub.

Gununsesi.info