Bağdadinin bu ölkədə gizləndiyi təsdiqləndi - Rəsmi

  • By admin
  • 17 Aprel 2017 20:05

bagdadi

 

İŞİD terror qruplaşmasının başçısı Əbubəkir Bağdadi Suriya ərazisində gizlənir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı İraqın Daxili İşlər Nazirliyi də təsdiqləyib.

Hazırda İŞİD yaraqlıları İraqın 6,8 faizinə, əsasən də Əl-Qaim, Tall-Afar, Əl-Huveycə yaşayış məntəqələrinə nəzarət edirlər. Həmçinin Mosul şəhərinin qərb məhəllələrinin 30 faizə yaxını qruplaşmanın nəzarəti altındadır. Burada hökumət qüvvələri Bağdadinin 2014-cü ildə xilafət qurmaq planlarını elan etdiyi Ən-Nuri məscidi istiqamətində hücumlar edir.

Xatırladaq ki, Mosulun İŞİD-dən azad edilməsi uğrunda irimiqyaslı əməliyyatlar ötən ilin oktyabrında başlayıb. Yanvarın sonlarında hökumət qüvvələri beynəlxalq antiterror koalisiyası aviasiyasının dəstəyi ilə Mosulun şərq hissəsinə nəzarəti ələ keçirməyə nail olub. Fevralda isə İraq ordusu qərbi Mosula hücuma keçib.

 

Gununsesi.info